22.09.2014


İnternet istifadəçilərinə xəbərdarlıq: 
Yeni virus yayılıb



“Win32/Injector.BLWX” troyanından ibarət olan yeni spam maliyyə sənədi şəklində məktublara əlavə olunur. Artıq Ukrayna və Böyük Britaniya istifadəçiləri bu virusdan ziyan çəkiblər.
“ICTnews” xəbər xidmətinə istinadən xəbər verir ki, bu ziyanverici proqram təminatının xüsusiyyəti troyanın yerləşdiyi arxivdir. O, ilkin mərhələdə DOS və “Windows” üçün hazırlanmış paritet ARJ arxivatoru ilə yığılıb.
“Win32/Injector” ailəsinə aid olan troyanlar geniş funksionala malikdirlər və digər ziyanverici proqram təminatının quraşdırılması, şəxsi məlumatların oğurlanması, virusa yoluxmuş qurğuların botnetəbirləşdirilməsi, spamın yayılması və DoS hücumların təşkili üçün istifadə edilirlər. 
Mənbə _ Facebook/ İT mütəxəsisləri