19.10.2014

BİZ VƏ SOSİAL SERVİSLƏR KİTABI


Müəlliflər : Ramil Süleymanov və Ayaz Abuşov

İNTERNETDƏ UŞAQLARIN TƏHLÜKƏSİZLİYİ



ELEKTRON DƏRSLİK PORTALI

 Elektron Dərslik Portalı
Təhsil müəssissələrinin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər tələbəyə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən tələbə olmaq üçün imkan verir. Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.