Tarixi Günlər



Qan Yaddaşımız









26 iyun Silahlı Qüvvələr günü



İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.
Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Bu dahi insanın vaxtilə ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundankənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı.
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 
Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu paradllar  həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: "... Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir".
Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" tezisindən çıxış edən dövlət başçısı ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlamışdır. 
Ordumuzun qüdrətlənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həll ediləcəyi təqdirdə sözsüz ki, ölkəmizin üstünlüyünü artırır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barədə dəfələrlə rəsmi bəyanatlar da verilibdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu başlıca şərtdir. Bunun kənarında heç bir razılaşma, heç bir saziş mümkün deyildir. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır", - deyə dövlətimizin başçısı bəyan etmişdir.





Heydər Əliyev
Dövlət Xalq Üçündür
Heydər Əliyev - Dövlətçilik haqqinda


HEYDƏR  ƏLİYEVİN  SİYASİ FƏALİYYƏTİNİN NAXÇIVAN  DÖVRÜ.

1989-cu il.

29 Noyabr
H.Əliyev "Teatralnaya jizn" jurnalı üçün A.Karaulova müsahibə vermişdir.
14 dekabr
Şərurun Sədərək, Günnüt və Havuş kəndləri ermənilər tərəfindən güclü atəşə tutulmuşdur.
31 dekabr
Naxçıvan Muxtar Respublikasında on minlərlə adam Ordubaddan Sədərəyədək SSRİ Dövlət sərhəddi boyunca dirəklərin tikanlı məftillərini sökmüşlər.
1990-cı il.
18-19 yanvar
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olunmuşdur.
19 yanvar
"Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə "Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan" Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etmişdir.
19 yanvar
M.S.Qorbaçov yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını imzalamışdır.
19-20 yanvar
SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya yeridilmiş, dinç əhaliyə amansız divan tutulmuşdur.
20 yanvar
Azərbaycanın Moskvadakı daimi nümayəndəsi S. İbrahimov "Barvixa" sanatoriyasında müalicə olunan H.Ə. Əliyevə zəng edərək yanvar faciəsi barədə məlumat vermişdir.
21 yanvar
H.Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ictimaiyyət nümayəndələri qarşısında çıxış etmiş, yanvar faciəsinin günahkarlarını kəskin ittiham etmişdir.
27 yanvar
Azərbaycan SSR Ali Soveti "Naxçıvan MSSR-də içtimai-siyasi vəziyyət haqqında "Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarının Azərbaycan SSR Konstitusiyasına uyğun olmaması barəsində" fərman vermişdir.
4 fevral
"Pravda" qəzetində «Əliyevçilik, yaxud xoş əyyamların xiffəti» məqaləsi dərc olunmuş, H.Əliyevə qarşı siyayi təqib başlanmışdır.
27 mart
Şahbuzun Şada kəndində ermənilərin silahlı basqını zamanı 6 nəfər yaralanmışdır.
28 mart
Sədərəyin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində bir nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
29 mart
Babək rayonunun Kərməçataq kəndində ermənilər bir soydaşımızı qətlə yetirmişlər.
5 May
"Kommunist" qəzetində "Bu da Tayfa oyunudur?" adlı məqalə (müəl. Ş.Yaqubov) verilmişdir.
iyun
"Ulduz" jurnalının 6-cı Nömrəsində jurnalist E.Əhmədovanın Moskvada H.Əliyevdən aldığı müsahibəsi dərc olunmuşdur.
22 iyul
Saat 10:35-də H.Əliyev təyyarə ilə Naxçıvana gəlmişdir.
22 iyul
Axşamçağı Naxçıvandakı Lenin meydanında H. Əliyevin onun gəlişi münasibətilə toplaşmış əhali ilə görüşü olmuşdur. Görüş mərasiminə 100 min nəfərə yaxın adam toplaşmışdı
1 avqust
Naxçıvan alt trikotaj fabriki əmək kollektivinin seçkiqabağı yığıncağında, H.Əliyev 2 nömrəli M.F.Axundov seçki dairəsindən Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərilmişdir.
8 avqust
Ordubad rayonunun Əylis kəndinin seçiciləri öz yığıncağında H.Ə.Əliyevi 349 nömrəli Vənənd seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərmişlər.
21 avqust
Naxçıvan MSSR Ali Sovetinin Rəyasət heyəti H.Ə.Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etmişdir.
25 avqust
"Respublika" qəzeti A. Abdullanın H.Əliyev: Mən adamlara inanmışam" adlı müsahibəsini vermişdir.
25 avqust
H.Ə.Əliyev Babək rayonunun 340 nömrəli seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına və 2 nömrəli M.F.Axundov seçki dairəsindən Naxçıvan MSSR xalq deputatlığına namizəd qeydə alınmışdır.
26 sentyabr
H.Əliyev Tbilisidə çıxan "Sovet Gürcüstanı" qəzetinin müxbirlərinə müsahibə vermişdir.
30 sentyabr
Azərbaycan SSR Xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri keçirilmişdir. Seçkilərin birinci turunda fərdi pensiyaçı H.Ə.Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsnndən isə Naxçıvan MSSR xalq deputatı seçilmişdir.
17 Noyabr
H.Əliyevin sədrliyi ilə on ikinci çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası öz işinə başlamışdır.
17 Noyabr
Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası H.Ə.Əliyevin sədrliyi ilə "Naxçıvan MSSR-in adının dəiyşdirilməsi haqqında", "Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul etmişdir.  
19 Noyabr
Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının stenoqramı.

20 Noyabr
Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının stenoqramı.
                                                                 
21 noyabr
Naxçıvan MR Ali Məclisi H.Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etmişdir.
14 dekabr
Naxçıvan MR Ali Məclisi deputat H.Əliyevin hazırladığı "Azərbaycan SSR-in DQMV-də, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında" qərar qəbul etmişdir.
1991-ci il.
20 yanvar
Naxçıvan şəhər şəhidlər xiyabanında keçirilən matəm mitinqində deputat H.Əliyev çıxış etmişdir.
5 fevral
On ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin birinci sessiyası öz işinə başlamışdır.
15-27 fevral
"Aydınlıq" və "Vətən səsi" qəzetləri Azərbaycan SSR Ali Sovetinin birinci sessiyasında Azərbaycan SSR xalq deputatı H.Əliyevin çıxışının tam mətnini vermişlər.
7 mart
Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında SSRİ-nin qorunub saxlanması barədə referendumda Azərbaycanın iştirakı məsələsinin müzakirəsində çıxış edən H.Əliyev bunun əleyhinə səs vermişdir (həmin çıxış "Səs" qəzetinin 15 mart 1991-ci il tarixli nömrəsində dərc olunmuşdur).
14 mart
Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul etmişdir.
5 aprel
A.Cəlilov Bakı şəhərində işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsindən azad olunmuşdur.
10 aprel
Ermənistanın Xaçik kəndindən Şərur payonunun Axura və Havuş kəndləri güclü atəşə tutulmuş, bu kəndləri mühasirəyə almağa cəhd göstərilmişdir. Axuradan Havuşa kedən "UAZ" avtomaşınındakı milis nəfərləri öldürülmüşdur.
16 aprel
Naxçıvan MR-in Nehrəm kəndində İranla sərhəddən sadələşmiş üsulla keçmək üçün körpünün açılışı olmuşdur.
24- 25 aprel
Azərbaycan Respublikası Ali Sovetinin qarşısında keçirilmiş mitinq iştirakçıları Konstitusiyada Prezident seçkiləriilə əlaqədar yaş məhdudiyyətinin götürülməsini tələb etmiş, vətəndaş kimi H. Əliyevin hüquqlarını pozduğuna görə həmin maddəni ittiham etmişlər.
28 aprel
Bütün gün ərzində Sədərək kəndi ermənilər tərəfindən atəşə tutulmuş, 13 nəfər kənd sakini yaralanmışdır. Həmin gün Şərurun Cağazir, Günnüt və Havuş kəndləri də atəşə tutulmuşdur.
20 may
Sədərək rayonu Ermənistan tərəfdən fasiləsiz atəşə tutulmuşdur.
26 iyun
Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyası "Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında" qanun qəbul etmiş, prezident seçkilərini 1991-ci il sentyabrın 8-nə, bazar gününə təyin etmişdir. Xalq deputatı H.Əliyev sessiyanın işində iştirak etməmişdir.
19 iyul
Fərdi pensiyaçı, Sov.İKP üzvü H.Əliyev partiya sıralarından çıxması barədə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına bəyanat vermişdir.
19-21 avqust
Moskvada üzdəniraq "avqust qiyamı" baş vermişdir.
21 avqust
A.Mütəllibov televiziya və radio ilə bəyanat verərək xalqın qiyamçılara, Dövlət Fövqəladə Vəziyyət Komitəsinə böyük ümidlər bəslədiyini bildirmişdir.
24 avqust
Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası DFVK-nə mənfi münasibət bildirmiş, onu dəstəkləyən yerli partiya və komsomol orqanları ləğv olunmuş, onların əmlakı milliləşdirilmişdir.
27-28 avqust
Naxçıvan şəhərində, Şərur, Şahbuz, Culfa rayonlarında keçirilən mitinq iştirakçılarının tələbi ilə V.İ.Leninin abidələri sökülmüşdür.
29 avqust
Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası olmuşdur. "Respublikada siyasi vəziyyət haqqında" məsələnin müzakirəsi zamanı etdiyi çıxışa görə siyasi təqibə məruz qalan H.Əliyev bundan sonra 1993-cü il iyun ayının 13-dək Ali Sovetin sessiyalarında, Milli Şuranın və Milli Məclisin iclaslarında iştirak etməmişdir.
30 avqust
Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında "AZƏRBAYCANIN MÜSTƏQİLLİK BƏYANNAMƏSİ" İLƏ BAĞLI H.Əliyev çıxış etmişdir.
3 sentyabr
Naxçıvan MR Ali Məclisinin sessiyası Ali Məclisin sədri haqqında məsələ müzakirə etmişdir. Ali Məclisdə- keçirilən çoxminli mitinqin və deputatların böyük əksəriyyətinin tələbi ilə H.Əliyevin Ali Məclisin sədri seçilməsi məsələsi gündəliyə çıxarılmışdır. H.Əliyev dəfələrlə tribunaya qalxıb razı olmadığını bildirsə də, sessiya əksər səslə (bir nəfər əleyhinə, 4 nəfər bitərəf) onu Naxçıvan MR Ali Məclisinin sədri seçmişdir.
4 sentyabr
Naxçıvan MR Ali Məclisi  "Azərbaycan Respublikası prezidentliyinə seçkilər haqqında" qərarı ilə muxtar respublika ərazisində bu seçkilərin keçirilməsini dayandırmış, prezident seçkilərinin sonrakı müddətdə keçirilməsini Azərbaycan Respublikası Ali Sovetindən xahiş etmişdir.
6 sentyabr
Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti «Naxçıvan MR Ali Məclisinin muxtar respublika ərazisində Azərbaycan Respublikası prezidenti seçkilərini keçirməmək haqqında Konstitusiyaya zidd qərarı barədə» bəyanat vermişdir.
7 sentyabr
Naxçıvan MR Ali Məclisinin Sədri H. Əliyev bəyanat verərək Azərbaycanın kommunist rəhbərliyini Naxçıvan MR Ali qanunverici orqanının fəaliyyətinə və səlahiyyətinə təsir göstərməkdə, demokratik prinsipləri boğmaqda təqsirləndirmiş, beynəlxalq təşkilatlardan xahiş etmişdir ki, Azarbaycan prezidentinin seçkiləri günü vəziyyəti obyektiv müəyyənləşdirmək üçün Naxçıvan MR-ə öz nümayəndələrini göndərsinlər.
7 sentyabr
Naxçıvan MR Ali Məclisinin qərarı ilə Naxçıvan MR Dövlət Müdafiə Komitəsi təşkil olunmuşdur.
9 sentyabr
H.Əliyev Rusiya Prezidenti B.N.Yeltsinə məktub göndərmiş, Naxçıvanda başlanan demokratik prosesləri dəstəkləməsini ondan xahiş etmişdir.
12 sentyabr
H.Əliyevlə Ermənistan Ali Sovetinin Sədri Levon Ter-Petrosyan arasında telefon danışığı olmuşdur. H.Əliyev qatarlara edilən basqınların, adamların tutulub girov saxlanmasının, həmsərhəd kəndlərə hücumların kökünü kəsmək üçün tədbirlər görülməsini tələb etmişdir.
14 sentyabr
Azərbaycan KP fövqəladə XXXIII qurultayı dörd saatlıq müzakirədən sonra respublika partiya təşkilatının özünü buraxması haqqında qərar qəbul etmişdir.
18 oktyabr
Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyası "Azərbaycan Respublikasının dövlət Müstəqilliyi haqqında"Konstitusiya aktını qəbul etmişdir.
19 oktyabr
Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına teleqramında H.Əliyev dövlət müstəqilliyini böyük milli sərvət kimi dəyərləndirmiş, bütün Azərbaycan xalqını təbrik etmişdir.
29 oktyabr
Naxçıvanla Türkiyə arasında müvəqqəti körpünün açılışı münasibəti ilə keçirilən mitinqdə H. Əliyev iştirak və çıxış etmişdir.
5 noyabr
H.Əliyevlə Ermənistan Prezidenti L.Ter-Petrosyan arasında telefon danışığı olmuşdur. Sərhəddə yaranmış vəziyyət müzakirə olunmuşdur.
13 noyabr
Türkiyənin nüfuzlu "Milliyyət" və "Hürriyyət",  Amerikanın "Vaşinqton post" qəzetinin müxbirləri Naxçıvanda olmuşlar. H.Əliyev xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.
18 noyabr
Türkiyənin Konya şəhərindən ərzaq dolu ilk maşın karvanı Naxçıvana gəlmişdir. H.Əliyev Konya şəhər ziyalılarının nümayəndələrini qəbul etmişdir.
21 noyabr
Bakıdan Naxçıvana və əks istiqamətdə gedən qatarların hərəkəti müvəqqəti olaraq dayandırılmışdır.
8 dekabr
Ermənistan ərazisi ilə Naxçıvana məişət qazı verilməsi dayandırılmışdır.
11 dekabr
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası "Naxçıvan MR"ə sərnişinlərin daşınmasının təşkili haqqında" qərar qəbul etmişdir.
13 dekabr
Naxçıvan şəhər XDM İK şəhərdəki Lenin prospektini Azadlıq prospekti, Lenin meydanını Azadlıq meydanı adlandırmışdır.
16 dekabr
Naxçıvan MR Ali Məclisi hər il dekabr ayının 31-nin Dunya Azəri türklərinin həmrəylik və birlik günü kimi bayram olunması barədə qərar qəbul etmişdir.
1992-ci il.
13 yanvar
1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan MR Ali Məclisi Rəyasət heyətinin bəyanatında 19-20 yanvar hadisələrinə siyasi qiymət verilməsi tələb olunur.
18 yanvar
Ali Sovetin Milli Şurası "Şəhidlər günü elan olunması haqqında" qanun qəbul etmişdir (Bundan xeyli əvvəl - 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisinin sessiyası hər il yanvar ayının 20-ni milli matəm günü elan etmişdi).
19 yanvar
H.Əliyev S.Dəmirəlin tapşırığı ilə gəlmiş nümayəndə heyətini qəbul etmişdir. Qəbulda Naxçıvan-Türkiyə gömrükxanasının istifadəyə verilməsi məsələləri müzakirə olunmuşdur.
14 fevral
Naxçıvanın Azadlıq meydanında çoxminli mitinq olmuşdur. Çıxış edənlər Xalq Cəbhəsinin hökumətdə rəhbər vəzifə tutan nümayəndələrinin istefa vermələrini tələb etmişlər.
24 fevral
İranın Xarici İşlər naziri Ə.Vilayəti Bakıya gəlmişdir. O öz səfərini "Qarabağ probleminin həlli yolunda ilk addım" adlandırmışdır.
25-26 fevral
Erməni silahlı birləşmələri Rusiyanın Xankəndindəki 366-cı motoatıcı polkunun köməyi ilə Xocalı şəhərini işğal etmiş, dinc sakinləri xüsusi amansızlıqla qırmışlar.
1 mart
Naxçıvanda ağır yüklü təyyarələri qəbul etməyə imkan verən yeni aeroport işə düşmüşdur. Bu münasibətlə keçirilən mitinqdə H.Əliyev çıxış etmiş, Xocalı soyqırımını hiddətlə qarşılamış, millətə başsağlığı vermişdir.
6 mart
2 gündən çox davam edən mitinq iştirakçılarının tələbi ilə A.Mütəllibov Ali Sovetin fövqəladə sessiyasında prezident vəzifəsindən istefa vermişdir.
9 mart
Azərbaycan Respublikası Ali Sovetinin Sədri Y.Məmmədovla H.Əliyev arasında telefon danışığı olmuşdur. İctimai- siyasi vəziyyət barədə fikir mübadiləsi aparılmışdır.
10 mart
Sədərək yaxınlığındakı sərhəd zastavasında Naxçıvan MR Ali Məclisinin Sədri H. Əliyevlə Ermənistan Ali Sovetinin Sədri B.Araksyan arasında görüş olmuşdur. Söhbət zamanı atəşin kəsilməsi, Dağlıq Qarabağla bağlı məsələlər müzakirə olunmuşdur.
22-25 mart
Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev Türkiyə Prezidenti T.Özalın və Baş nazir S.Dəmirəlin dəvətilə Türkiyədə rəsmi səfərdə olmuşdur.
24 mart
Ankarada "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalanmışdır. Protokolun imzalanma mərasimində S.Dəmirəl və H.Əliyev çıxış etmişlər.
25 mart
Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi haqqında" qərar qəbul etmişdir. Seçkilər 1992-ci il iyunun 7-nə təyin olunmuşdur.
1 aprel
H.Əliyev ATƏM-in Naxçıvana gələn nümayəndə heyətini qəbul etmişdir. H.Əliyev Naxçıvanın tam blokadaya salınması və Kərki kəndinin işğal olunması barədə məlumat vermişdir.
6 aprel
Naxçıvan MR Ali Məclisi "Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında" qərar qəbul etmişdir.
15 aprel
Sədərək rayonunun milis postları Ermənistanın Ararat rayonu tərəfindən atəşə tutulmuşdur.
24 aprel
Bakıdan Naxçıvana və əks istiqamətdə gedən qatarların hərəkəti tamamilə dayandırılmışdır.
28 aprel
Bakıda, Ali Sovetin qarşısında keçirilən mitinqin iştirakçıları Ali Sovetin çağrılmasını, Konstitusiyanın Azərbaycan prezidenti üçün yaş həddini nəzərdə tutan bəndinə düzəliş edilməsini tələb etmiş, H.Əliyevin Azərbaycan prezidentliyinə namizəd göstərilməsinə tərəfdar çıxmışlar.
28 aprel
ABŞ-ın Azərbaycandakı səlahiyyətli nümayəndəsi R.Finn Naxçıvana gələrək H.Əliyevlə göruşmuşdur. Göruşdə mövcud ictimai-siyasi vəziyyət, Qarabağ probleminin həlli yolları və s. məsələlər müzakirə olunmuşdur.
1 may
H.Əliyev İranın Azərbaycandakı səfirini qəbul etmişdir.Səfir Naxçıvanda İİR-nın konsulluğunun açılması barədə XİN-in məktubunu H.Əliyevə vermişdir. H.Əliyev Təbriz şəhərində Naxçıvan MR-in konsulluğunun yaradılmasına da ciddi ehtiyac olduğunu bildirmişdir.
3 may
H.Əliyevlə Türkiyənin Baş naziri S. Dəmirəl arasında telefon danışığı olmuşdur. S. Dəmirəl H. Əliyevin dəvətinə əsasən Naxçıvana gələcəyini bildirmişdir.
5 may
Erməni qüvvələri sərhəddi keçərək sərhədyanı yaşayış məntəqələrinə, o cümlədən Sədərəyə basqın etmişlər.
5 may
Muxtar respublikanın müdafiəsi ilə bağlı Naxçıvanın mərkəzi meydanında mitinq keçirilmişdir. H.Əliyev mitinqdə çıxış etmişdir.
6 may
Sədərək, Havuş, Günnüt, Yuxarı Yaycı kəndləri yaxınlığındakı döyüşlər zamanı 42 nəfər yaralanmış, 3 nəfər həlak olmuşdur.
7 may
Sədərək və Havuş kəndləri Ermənistan tərəfindən müxtəlif toplardan atəşə tutulmuşdur. 20 nəfər yaralanmışdır.
7 may
Şərurda keçirilən mitinqdə çıxış edən H.Əliyev sakinləri sərhəddə vəziyyətlə əlaqədar mütəşəkkilliyə çağırmışdır.
7 may
Tehranda Azərbaycan, Ermənistan və İranın dövlət başçılarının iştirakı ilə Qarabağ problemi müzakirə olunmuş, birgə bayanat imzalanmışdır.
8 may
Erməni silahlı qüvvələri Şuşanı işğal etmişdir.
14 may
Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası olmuşdur. A.Mütəllibov qanunsuz olaraq yenidən prezident kürsüsündə əyləşdirilmişdir. Milli Şura buraxılmış, Bakıda fövqəladə vəziyyət elan olunmuşdur.
15 may
.Əliyev Naxçıvan televizyası ilə əhaliyə müraciət etmiş, Ali Sovetin fövqəladə sessiyasının qəbul etdiyi qərarı "antidemokratik tədbir" adlandırmış, xalqa qarşı cinayətə yol verildiyini bildirmişdir.
15 may
Axşam saat 18-00 radələrində AXC hakimiyyəti ələ keçirmişdir. A.Mütəllibov Azərbaycandan qaçmışdır.
16 may
Ali Sovetin Milli Şurasının içlasında yeni hakimiyyət orqanının yaradılması təklif olunmuş, bir qrup deputat buna yalnız H. Əliyevin başçılıq edə biləcəyini göstərmişdir.
18 may
Y. Məmmədov Ali Sovetin Sədri, Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən vəzifəsindən azad edilmişdir. AS sədrinin müavini İ.Qəmbərov və Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev Ali Sovetin sədrliyinə namizəd göstərilmişdir. "H.Əliyevə zəng vurmağın mümkün olmaması" kimi yersiz bəyanatla səsvermə bülleteninə yalnız İ.Qəmbərovun adı daxil edilmişdir.
18 may
Erməni qüvvələri güclü atəş hazırlığından sonra Sədərəyə hücuma keçmişlər. Düşmən Milli Ordunun bəzi mövqelərini tutmuşdur.
18 may
Yaranmış vəziyyətlə əlaqədar H.Əliyev Türkiyənin Baş naziri S.Dəmirəllə Xariçi İşlər naziri H.Çətinlə danışmışdır.
18 may
H.Əliyev Ermənistan prezidenti L.Ter-Petrosyanla telefon danışığında ondan hücumu və atəşi dayandırmağı tələb etmişdir.
18 may
Naxçıvanın sərhəd kəndlərinin güclü atəşə tutulması davam etdirilmişdir. Naxçıvanın müdafiəçilərindən 15 nəfəri həlak olmuş, 80 nəfəri ağır yaralanmışdır.
18 may
Erməni silahlı birləşmələri Laçın rayonunu işğal etmişdir.
18-19 may
Milli Ordu qüvvələri Sədərək yaxınlığında əldən verdiyi mövqeləri geri qaytarmışdır.
19 may
Türkiyə Prezidenti T.Özal Naxçıvana təcavüzlə əlaqədar bölgəyə türk qoşunu göndərilməsini təklif etmişdir.
20 may
Türkiyə Nazirlər Kabinetı Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat vermiş, İşğalçılıq siyasətinin yeni Ermənistan dövlətinin özü üçün fəlakət gətirəcəyini bildirmişdir.
21 may
Şərur rayonu Ermənistan tərəfindən kimyəvi mərmilərlə top atəşinə tutulmuşdur.
21 may
S.Dəmirəlin tapşırığı ilə Türkiyə Xarici İşlər nazirliyinin nümayəndə heyəti Naxçıvana göndərilmişdir. Döyüş əməliyyatı rayonynda vəziyyətlə tanış olan nümayəndə heyəti H.Əliyevlə görüşmüşdür.
21 may
Azərbaycan Xarici İşlər Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə əlaqədar nota vermişdir.
22 may
H.Əliyevin dəvəti ilə beynəlxalq Qırmızı Xaç komitəsinin nümayəndələri Naxçıvana gəlmişlər.
22 may
Naxçıvan qadınları Rusiya qoşunlarının Naxçıvanda yerləşən hissələrinə etiraz yürüşu etmişlər.
22 may
H.Əliyev televiziya ilə muxtar respublika əhalisinə müraciət etmişdir. Görülən diplomatik səylərin müqabilində 57 dövlətin rəsmi şəkildə Ermənistanın Naxçıvana təcavüzünü pislədiyini bildirən H.Əliyev demişdir: "Təəssüf ki, bizim qonşumuz İran öz mövqeyini bildirməmişdir".
24 may
İranın Xarici İşlər naziri H.Vilayəti H.Əliyevə zəng vuraraq bildirmişdir ki, onun ölkəsi müharibənin davam etməsini istəmir və Qarabağ probleminin dinc yolla nizamlanmasına tərəfdardır.
25 may
Naxçıvan MR Ali Məclisinin qərarı ilə Naxçıvanın inkişafı və müdafiə fondu yaradılmışdır.
25 may
Sədərək və Ordubad rayonları 4 saat davam edən atəşə tutulmuşdur. Naxçıvan MR-in müdafiəçilərindən bir nəfəri həlak olmuşdur.
27 may
BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüş zamanı H.Əliyev erməni təcavüzünün nəticələri barədə məlumat vermişdir.
28 may
Türkiyənin Baş naziri S.Dəmirəl Naxçıvana gəlmişdir.
28 may
Sədərəkdə Naxçıvanla Türkiyə arasında körpünün açılış mərasimi olmuşdur. Açılış mərasimində S.Dəmirəl, Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən İ.Qəmbərov və Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev çıxış etmişlər.
1-5 iyun
Baş nazir S.Dəmirəlin dəvətilə H.Əliyev Türkiyədə rəsmi səfərdə olmuşdur. H.Əliyev İzmirdə keçirilən Milli İqtisadi Konqresdə iştirak etmişdir.
3 iyun
Gecə saat 22.00-da Sədərək qəsəbəsi Ermənistan tərəfdən ağır toplardan atəşə tutulmuşdur. Müdafiəçilərdən 4 nəfəri ağır yaralanmış, böyük dağıntılar olmuşdur.
7 iyun
Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir. Mərkəzi Seçki Komissiyası Əbülfəz (Elçibəy) Qədirqulu oğlu Əliyevi Azərbaycan Prezidenti seçilmiş hesab etməyi qərara almışdır.
7 iyun
Naxçıvanda "Real" müstəqil informasiya agentliyi fəaliyyətə başlamışdır.
14 iyun
Babək rayonunun Buzqov və Gərməçataq kəndləri Ermənistandan atəşə tutulmuşdur. Bir nəfər yaralanmışıdr.
15 iyun
Ermənilər Babək rayonunun Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçataq kəndlərini, Sədərək qəsəbəsini atəşə tutmuşlar. Sədərəkdə 4 nəfər, Aşağı Buzqovda 5 nəfər ağır yaralanmış, 1 nəfər həlak olmuşdur.
17 iyun
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Mayls Naxçıvana gələrək H.Əliyevlə görüşmüşdür. H. Əliyev ABŞ-ın Qarabağda və Naxçıvanda sülhün, əmin-amanlığın bərqərar olması üçün səyini əsirgəməyəcəyinə əmin olduğunu bildirmişdir.
17 iyun
Naxçıvan MR Ali Məclisi Rəyasət heyətinin iclasında çıxış edən H. Əliyev Bakının rəsmi dairələrində Naxçıvan MR statusunun dəyişdirilməsi ilə bağlı təklifləri ermənilərin işğalçı siyasəti ilə eyniləşdirərək demişdir: "Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır".
20 iyun
Gəncə şəhərində yaradılan "Naxçıvan" xeyriyyə cəmiyyəti xalqa müraciət edərək Naxçıvanın real vəziyyəti haqqında məlumat vermiş, H.Əliyevin siyasətini dəstəklədiyini bildirmişdir.
2 iyul
H.Əliyev 14 min sədərəkli qaçqının məişət şəraiti ilə tanış olmaq üçün onların yanına getmişdir.
2 iyul
"Azərbaycan" nəşriyyatında "Real" informasiya agentliyinin hazırladığı "Naxçıvan yaşayır, döyüşür" fotoalbomu çapdan çıxmışdır.
13 iyul
Ermənistan ərazisi ilə Ağstafadan Naxçıvana elektrik enerjisi verilməsi dayandırılmışdır.
5 iyul
Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yaranmış vəziyyət barədə" qərar qəbul etmişdir.
17 iyul
Naxçıvan MR-in sərhəd rayonları Ermənistan tərəfindən fasilələrlə atəşə tutulmuşdur. Ölən və yaralananlar vardır.
23 iyul
H.Əliyev Rusiya prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə Rusiya vasitəçi nümayəndəliyinin rəhbəri V.Kazimirovu qəbul etmişdir.
25 iyul
Naxçıvan MR Ali Məclisi "Naxçıvan MR-in müdafiəsinin təşkili haqqında" qərar qəbul etmişdir.
30 iyul
Sədərək qəsəbəsi Ermənistan tərəfdən top atəşinə tutulmuşdur.
3 avqust
İranın Urmiya vilayətindən Naxçıvana ərzaq və yanacaq gətirilmişdir.
10-14 avqust
S.Dəmirəlin dəvəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev Türkiyəyə getmişdir. O, İqdır vilayətinin yaradılması münasibətilə keçirilən təntənəli mitinqdə S.Dəmirəllə bərabər çıxış etmiş, sonra Ankaraya yola düşmüşdür.
11 avqust
Saat 15.00-dan sonra Şərur rayonunun Havuş kəndi və Sədərək qəsəbəsi Ermənistan tərəfindən atəşə tutulmuşdur.
13-14 avqust
Şərurun Havuş, Şahbuzun Şada kəndləri uğrunda ağır döyüşlər getmişdir.
16 avqust
Ordubad rayonu ermənilər tərəfindən güclü atəşə tutulmuşdur. Təkcə Ordubad şəhərinə 50-dən çox mərmi düşmüşdür.
18 avqust
Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın axırıncı rus əskəri vətənə yola salınmışdır. Hərbi əmlakın tamamilə MilliOrdunun briqadasına verilməsi haqqında aktın imzalanması mərasimindəH. Əliyev iştirak etmişdir.
19 avqust
Naxçıvan MR Ali Məclisi qarşısında izdihamlı mitinq olmuşdur. Mitinqdə çıxış edən H.Əliyev demişdir ki, Xalq Cəbhəsi ona qarşı sui-qəsd hazırlayır.
22-26 avqust
İran Xarici İşlər Nazirliyinin dəvəti ilə H.Əliyev prezident Rəfsəncaninin şəxsi "Boinq-727" təyyarəsində Tehrana gəlmişdir. İranın ali vəzifəli şəxsləri ilə söhbət və danışıqlardan sonra "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında" protokol imzalanmışdır.
26 avqust
Sədərək qəsəbəsi minaatanlardan atəşə tutulmuşdur.
26-27 avqust
Naxçıvan MR Daxili İşlər Nazirliyi qarşısında silahlı milislərin piketi keçirilmişdir. Çıxış edənlər Naxçıvanda vəziyyətin gərginləşməsində Azərbaycanda hakimiyyətdə olan qüvvələri, o cümlədən İ.Həmidovu günahlandırmışlar.
13 sentyabr
H.Əliyev Naxçıvan televiziyası ilə çıxış edərək özünün istefası barədə, habelə Naxçıvanın separat siyasəti barədə şaiyələri təkzib etmişdir.
13 sentyabr
Gecə Şahbuzun Batabat və Şada məntəqələri müxtəlif silahlardan atəşə tutulmuşdur. Milli ordu qüvvələrindən bir nəfər həlak olmuş, 5 nəfər yaralanmışdır.
29 sentyabr
Sonuncu rus sərhədçiləri Naxçıvan MR ərazisini tərk etmişlər. Ruslara məxsus bütün hərbi və təsərrüfat əmlakının Azərbaycanın Naxçıvandakı sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalanmışdır.
10 oktyabr
Bakıda "Naxçıvan" həftəlik ictimai-siyasi qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. H.Əliyev qəzetə təbrik məktubu göndərmişdir.
16 oktyabr
Azərbaycan ziyalılarının böyük bir qrupu H. Əliyevə müraciət edərək ondan yaradılmaqda olan YAP-a rəhbərlik etməyə razılıq verməsini xahiş etmişlər.
18 oktyabr
Naxçıvan sərhəd zastavasında ilk dəfə olaraq Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılmışdır. H.Əliyev təntənəli mərasimdə iştirak etmişdir.
23 oktyabr
Huseyn Cavidin anadan olmasının 110 illiyi Heydər Əliyevin təşəbbüsü ilə geniş qeyd olundu. 
24 oktyabr
Mətbuatda H.Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan "Yeni, Müstəqil Azərbaycan uğrunda" sərlövhəli məktubu dərc olunmuşdur.
24 oktyabr
AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişi cəhdi göstərilmişdir.
24 oktyabr
Naxçıvan MR Ali Məclisinin qarşısında keçirilən izdihamlı mitinqin iştirakçıları H.Əliyevlə həmrəylik ifadə etmiş, silahlı dəstələrdən Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb etmişlər.
24 oktyabr
H.Əliyev bir neçə dəfə AXC sədri, Azərbaycan prezidenti Ə.Elçibəylə telefonla danışaraq AXC Naxçıvan şöbəsi tərəfindən törədilən təxribata son qoyulmasını tələb etmişdir.
25 oktyabr
H.Əliyev Naxçıvan radiosu ilə əhaliyə müraciət etmişdir.
25 oktyabr
Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında 24 oktyabr dövlət çevrilişi cəhdi pislənilmiş, AXC silahlı dəstələrinin tərksilah edilməsi ilə əlaqədar deputat komissiyası yaradılmışdır.
27 oktyabr
Naxçıvandakı Azadlıq meydanında keçirilən Ümumrespublika mitinqinin iştirakçıları Azərbaycan Prezidentindən H.Əliyevə və Naxçıvana qarşı göstərilən zorakılıq hərəkətlərini aradan qaldırmağı tələb etmişlər.
27 oktyabr
H.Əliyev yerli və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirmişdir.
28 oktyabr
Naxçıvanda nisbi sakitlik yaranmışdır. Ali Məclisdə 24 oktyabr hadisələri ilə əlaqədar müşavirə keçirilmişdir.
5 noyabr
YAP təşkilat komitəsinin yığıncağı keçirilmişdir. H.Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçilmişdir.
21 noyabr
Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilmişdir. H.Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçilmişdir.
3 dekabr
İrandan Naxçıvana 40 meqavatt gücündə elektrik enerjisinin verilməsi münasibətilə Arazkənarı stansiyada təntənəli mitinq olmuşdur. H.Əliyev mitinqdə çıxış etmişdir.
3 dekabr
İranla Naxçıvanı birləşdirən Şahtaxtı-Poldəşt keçid məntəqəsinin açılışı olmuşdur. H.Əliyev və İranın Kooperasiya naziri Q.Şafeyi açılış mərasimində iştirak etmişlər.
29 dekabr
"Naxçıvan" qəzeti H.Əliyevin "İnsan xalq üçün yaşayanda xoşbəxt olur" sərlövhəli müsahibəsini vermişdir.
29 dekabr
H.Əliyev Naxçıvan televiziyası ilə çıxış edərək əhalini şaiyələrə uymamağa, yaranmış gərginliyi aradan qaldırmaq üçün sabitliyi gözləməyə çağırmışdır.
1993-cü il.
20 yanvar
Naxçıvan MR-də yanvar faciəsinin 3-cü ildönümü ilə əlaqədar hüzn mərasimi keçirilmişdir. Şəhidlər xiyabanındakı izdihamlı mitinqdə H.Əliyev çıxış etmişdir.
20 yanvar
H.Əliyev B.Klintona ABŞ prezidenti seçilməsi münasibətilə təbrik teleqramı və xüsusi məktub göndərmişdir.
4 fevral
ABŞ-ın Bakıdakı səfiri R.Mayls Naxçıvana iki günlük səfərdə olmuşdur. H.Əliyevin B.Klintona məktubu ilə əlaqədar Naxçıvan MR-in ehtiyacları öyrənilmiş, humanitar yardımın çatdırılması mexanizmi müzakirə edilmişdir.
5 fevral
Naxçıvanda Türkiyə Respublikasının konsulluğu fəaliyyətə başlamışdır.
12 fevral
H.Əliyev Bakıda Azərbaycan Prezidenti Ə. Elçibəylə görüşmüşdür. Görüşdə blokada ilə bağlı Naxçıvan MR-in düşdüyü vəziyyət müzakirə edilmiş, Azərbaycanın daxili və xarici siyasətinin bəzi aspektləri barədə fikir mübadiləsi olmuşdur.
13 fevral
YAP-ın Bakıdakı iqamətgahında H. Əliyevin buradakı partiya təəssübkeşləri ilə ilk görüşü keçirilmişdir.
17 fevral
Naxçıvan Texniki-İstehsalat Rabitə İdarəsinin sifarişi ilə Fransanın milli "DSR Holdinqs" mətbəəsi, üzərində H.Əliyevin şəkli və Naxçıvan MR-in xəritəsi olan ilk poçt markasını buraxmışdır.
3 mart
H.Əliyev Bakıda Türkiyənin və ABŞ-ın fövqəladə və səlahiyətli səfirləri ilə görüşmüşdür.
5 mart
H.Əliyev İngiltərənin Azərbaycandakı daimi nümayəndəsi Harold Fomstok və Fransa səfiri Jan Perre ilə görüşmüşdür.
8 mart
Naxçıvanda İran İslam Respublikasının Konsulluğu açılmışdır.
10 mart
H.Əliyevin ABŞ Prezidenti B.Klintona məktubundan sonra Ağ evin Naxçıvana təcili humanitar yardımı başlanmışdır. Saat 16:30-da birbaşa ABŞ-dan uçan "Boinq" təyyarəsi Naxçıvan aeroportuna enmiş, bir milyon ABŞ dolları dəyərində humanitar yardım gətirmişdir.
16-19 mart
H.Əliyev İranın Xarici İşlər naziri H. Vilayətinin dəvəti ilə Tehrana rəsmi səfərə getmişdir.
18 mart
Təbrizdə H.Əliyev və İranın Şərqi Azərbaycan ostandarı Ə.Əbdüləlizadə əməkdaşlıq haqqında protokol imzalamışlar.
21 mart
Fransadan Naxçıvan MR-ə təyyarə ilə 37 ton humanitar yardım göndərilmişdir.
2 aprel
Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunmuşdur.
2 aprel
Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin iclasında çıxış edən H.Əliyev erməni ordusunun Kəlbəcəri işğal etməsini "ərazi bütövlüyümüzə qarşı qəsd" adlandırmışdır.
10 aprel
Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan "Yeni Azərbaycan" qəzeti nəşrə başlamışdır. H.Əliyev qəzetə təbrik teleqramı göndərmişdir.
16 aprel
H.Əliyev Türkiyənin yaxın bölgələrinə işgüzar səfərə getmişdir. İqdırda Türkiyənin dövlət naziri O.Gilərçioğlu ilə H.Əliyevin görüşü olmuşdur.
19-25 aprel
H.Əliyev Türkiyə prezidenti T.Özalın dəfn mərasimində iştirak etmək üçün Türkiyəyə getmişdir.
10 may
H.Əliyevin 70 yaşı tamam olmuşdur. Bu münasibətlə Azərbaycanın hər yerindən, əmək kollektivlərindən, ayrı-ayrı şəxslərdən, xarici nümayəndəliklərdən muxtar respublika Ali Məclisinə saysız-hesabsız teleqramlar göndərilmişdir.
10 may
Azərbaycanın tanınmış ziyalılarının böyük bir qrupu H.Əliyevi 70 yaşı münasibəti ilə təbrik etmək üçün Naxçıvana gəlmişdir.
10-11 may
Şərur qəsəbəsi, rayonun Sərxanlı, Aşağı Aralıq, Yuxarı Yaycı, Dizə, Qarxun, Oğlanqala, Düdəngə kəndləri Ermənistanın Xaçik hərbi bazasından "Qrad" qurğularından, tanklardan və toplardan güclü atəşə tutulmuşdur.
13 may
Naxçıvan şəhərində H.Əliyev və İranın Qərbi Azərbaycan ostandarı Q. Səadət mədəni-iqtisadi əməkdaşlıq barədə müqavilə imzalamışlar.
14 may
Sədərəklə Ararat rayonu arasındakı sərhəd zastavasında Naxçıvanın və Ermənistanın nümayəndə heyətləri görüşmüşlər. H.Əliyev və Ermənistan Ali Soveti sədrinin müavini A.Saakyan sərhədboyu məntəqələrdə təhlükəsizliyin təmin olunması ilə əlaqədar bəyannamə imzalamışlar.
15 may
Sədərəkdə keçirilən görüşlə bağlı AzərTAC-ın qərəzli məlumatından sonra Azərbaycan Milli Məclisində qeyri-sağlam müzakirələr aparılmışdır. Ali Məclisin Mətbuat Xidməti rəsmi təkzib vermiş, bəyannamənin mətnini mətbuatda yaymışdır.
16 may
H.Əliyev Türkiyə Respublikasının Prezidenti seçilməsi münasibətilə S.Dəmirələ təbrik məktubu göndərmişdir.
21 may
Sədərəkdə atışmalar davam etmişdir. Milli Ordunun 5 nəfər əskəri yaralanmışdır.
7 iyun
Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyətləri Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar müraciət qəbul etmişdir.
9 iyun
Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev saat 15:00-da Bakıya gəlmişdir.
13 iyun
Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar iclası olmuşdur. Deputatlar Ali Sovetin Sədri İ.Qəmbərin istefasını qəbul etmişlər.
13-14 iyun
Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev Gəncə şəhərində olmuş, kəskin siyasi böhranın aradan qaldırılmasıyolları müzakirə edilmişdir.
15 iyun
Milli Məclisin iclasında H.Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
17-18 iyun
Azərbaycan Prezidenti Ə.Elçibəy Bakı şəhərini tərk edərək Naxçıvan MR-in Kələki kəndinə getmişdir.
18 iyun
Saat 12:00-da Azərbaycan Respublikası Ali Sovetinin Sədri H.Əliyev milli televiziya ilə xalqa birbaşa müraciət edərək yaranmış vəziyyətdə Prezidentin bütün səlahiyyətlərinin və məsuliyyətini öz üzərinə götürmək məcburiyyətində qaldığını bildirmişdir.
23 iyun
Azərbaycan Respublikası Milli Məclisi "Azərbaycan Respublikası Prezidenti Ə.Q.Əliyevin (Elçibəyin) Azərbaycan Respublikası prezidenti vəzifəsini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında" qərar qəbul etmişdir.
29 avqust
Azərbaycanda Ə.Elçibəyə etimad göstərilməsi ilə əlaqədar referendum keçirilmişdir. Referendumda iştirak edənlərin 97,5 faizi Ə.Elçibəyə etimad göstərmədiyini bildirmişdir.
3 oktyabr
Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə Heydər Əlirza oğlu Əliyevin lehinə 98.8 faiz, əleyhinə 1 faiz səs verilmişdir. Mərkəzi Seçki Komissiyası H.Ə.Əliyevi Azərbaycan Respublikası Prezidenti seçilmiş hesab etməyi qərara almışdır.
10 oktyabr
Respublika sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir. 





15 İYUN – TARİXİMİZİN MÜHÜM MƏRHƏLƏSİNİN BAŞLANĞICI

Azərbaycan tarixində elə məqamlar olmuşdur ki, həmin məqamlar mühüm mərhələninbaşlanğıcı kimi tariximizə həkk olunmuşdur. Belə məqamlardan biri də ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıtmasıilə tarixə düşən hadisədir. Xalqımız hər il 15 iyun gününü Azərbaycan xalqının Milli Qurtuluş günü kimi bayram edir.Tarixdə şəxsiyyətin rolu danılmazdır. Müasir tariximizin bir qərinəlik dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Lakin Heydər Əliyevin 1987-ci ilin oktyabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov. İKP MK Siyasi Bürosunun üzvü vəzifəsindən istefaya göndərilməsindən, 1993-cü ilin iyununda yenidən Azərbaycanda hakimiyyətə qayıdışınadək olan dövrdə müxtəlif səviyyələrdə, müxtəlif yollarla onun siyasi səhnədən sıxışdırılıb çıxarılmasına cəhdlər göstərilmişdir.
Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Azərbaycana qayıtması, lakin ona Bakıda qalmağa imkan verilməməsi səbəbindən doğulub boya-başa çatdığı Naxçıvana getməsi
anından hakimiyyətdə olan qüvvələr daim onun yenidən böyük siyasətə qayıdışına hər cür maneçilik törətmiş, hətta onu fiziki cəhətdən məhv etməyə cəhd göstərmişdilər.
Heydər Əliyevin 1990-ci ilin iyununda Moskvadan Vətənə qayıtmasından başlamış,
1993-cü ilin iyununda xilaskar missiyası ilə Naxçıvandan Bakıya qayıtmasınadək olan dövrü bir neçə mərhələyə bölmək olar.
Birinci mərhələ Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması dövründən, 1992-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir. Həmin dövrdə Heydər Əliyev Naxçıvanda xalq hərəkatının şəriksiz lideri kimi yenidən böyük siyasətə qayıtmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Ayaz Mütəllibovun hər cür təzyiqlərinə baxmayaraq, Naxçıvanın sosial-iqtisadi problemlərinin
həllini təkbaşına öz çiyinlərinə götürmüşdü. Həmin dövrdə Heydər Əliyev kimi təcrübəli bir dövlət xadiminin Naxçıvana rəhbərlik etməsi Xalq Cəbhəsinə də sərf edirdi. Onlar məhz Heydər Əliyevin sayəsində A. Mütəllibov qaragüruhuna qarşı müqavimət göstərə bilirdilər.
İkinci mərhələ Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi dövründən, 1992-ci ilin noyabr ayınadək olan dövrü əhatə edir. Xalq Cəbhəsinin neobolşevikcəsinə həyata keçirdiyi kadr
siyasətinin Naxçıvanda tətbiq edilməsinə qarşı çıxan Heydər Əliyev, AXC-Müsavat iqtidarının bir nömrəli düşməninə çevrildi. Oktyabrın 24-də Naxçıvan Xalq Cəbhəsinin yerli qurumlarına
məxsus olan silahlı dəstələr Daxili İşlər Nazirliyinin binasını və televiziya studiyasını ələ keçirdilər. Lakin naxçıvanlılar onları müdafiə etmədilər və silahlı çevriliş cəhdi baş tutmadı.
Xalq qətiyyətlə görkəmli siyasi xadim Heydər Əliyevi dəstəklədi.
Üçüncü mərhələni "soyuq müharibə" dövrü adlandırmaq olar. Bu mərhələ 1992-ci ilin oktyabrından 1993-cü ilin fevral ayınadək olan dövrü əhatə edir. Bu dövrdə AXC-Müsavat iqtidarı sözün həqiqi mənasında Naxçıvanın blokadasını daha da sərtləşdirmişdi. Ali Məclisin sədri Heydər Əliyev bir tərəfdən genişlənən erməni təcavüzünün qarşısını alır, digər tərəfdən isə İran və Türkiyə ilə şəxsi əlaqələri hesabına Muxtar Respublikanın ərzaq və yanacaq
problemlərini həll edirdi. AXC-Müsavat iqtidarı isə İran və Türkiyəyə təsir göstərməyə çalışırdı ki, Naxçıvana edilən yardımlar dayandırılsın. Bu mərhələ AXC-Müsavat iqtidarının
əsl simasının açıldığı, onun anarxist siyasətbazlıqdan başqa bir şeyə yaramadığının aşkarlandığı dövr oldu. 1993-cü ilin fevralında keçmiş iqtidarın ölkəni hərbi, siyasi və iqtisadi cəhətdən fəlakətə yuvarladığı hamıya bəlli oldu.
Dördüncü mərhələ 1993-cü ilin fevralından AXC-Müsavat iqtidarının süqutuna qədər olan dövrü əhatə edir. Fevralın əvvəlində Əbülfəz Elçibəy dərk etmişdi ki, onun komandası
ölkəni fəlakətə sürükləyir. Məhz bundan sonra Ə. Elçibəy Heydər Əliyevin dövlətçilik təcrübəsindən, idarəetmə məharətindən faydalanmağı zəruri hesab etmişdi. Fevralın 12-də
Prezident İqamətgahında Ə. Elçibəy Heydər Əliyevlə görüşmüş, onunla 8 saat fasiləsiz məsləhətləşmə aparmışdı. Lakin artıq ölkə idarəolunmaz hala gəlmişdi. Güc strukturları hakimiyyətin nəzarətindən çıxmışdı. Ayrı-ayrı silahlı dəstələr hakimiyyət uğrunda mübarizəyə cəlb edilmişdilər. Nizami ordu əvəzinə könüllü batalyonlar yaradıldığından, bütün cəbhə boyu
məğlubiyyət məğlubiyyətin ardınca gəlirdi. Ölkənin idarəolunmaz vəziyyətə düşdüyünü görən Ə. Elçibəy fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman imzalamışdı.
Gəncəbasarda qanuni hakimiyyəti bərqərar etmək, qiyamçı 709 nömrəli briqadanı tərksilah etmək məqsədilə iyunun 4-də olduqca səriştəsiz bir əməliyyat həyata keçirilmişdi.Gəncəyə 3 minədək canlı qüvvə və texnika yeridilmişdi. Qardaş qanı tökülmüş, 35 nəfər həlak olmuş, 135 nəfər yaralanmışdı. 1200 döyüşçü, habelə respublikanın baş prokuroru İxtiyar Şirinov və milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərov girov götürülmüşdülər.
Hökumət qüvvələri biabırcasına məğlub olmuşdu. Surət Hüseynovun dəstələri Bakı üzərinə hərəkətə başlamışdılar. Prezidentin, Ali Sovetin sədrinin, baş nazirin və güc strukturlarının
rəhbərlərinin istefası tələb edilirdi.
Gəncədə baş qaldıran qiyam AXC-Müsavat iqtidarının süqutunu sürətləndirdi. Belə bir məqamda keçmiş iqtidar yetkililəri yenə Naxçıvana - Heydər Əliyevə üz tutdular. Onu böyük
dövlət xadimi kimi, alovlanan vətəndaş müharibəsini yatırmaq üçün təkidlə Bakıya dəvət etdilər. AXC-Müsavat iqtidarının ayrı-ayrı yüksək vəzifəli şəxslərinin, nüfuzlu ziyalıların,
ağsaqqalların təkidli tələbi ilə iyunun 9-da Heydər Əliyev Bakıya qayıtdı. O, alovlanan vətəndaş müharibəsini söndürmək üçün iyunun 13-də Gəncəyə getdi. Qardaş qırğınının qarşısını aldı. AXC-Müsavat iqtidarı pərən-pərən düşdü. İstefalar başladı. Bəzi nazirlər isə vəzifələrini "dondurdular". Belə ağır bir məqamda - iyunun 15-də Milli Məclis Heydər Əliyevi Ali Sovetin sədri seçdi. Müasir tariximizdə yeni mərhələnin başlanğıcına qədəm qoyuldu.
Heydər Əliyev parlamentin sədri seçiləndən iki gün sonra prezident Ə. Elçibəy Kələkiyə getdi və qayıtmadı. Bundan sonra Heydər Əliyev prezident səlahiyyətlərini də icra etməli oldu.
Məhz Heydər Əliyevin qətiyyəti, gecəli-gündüzlü gərgin fəaliyyəti sayəsində vətəndaş müharibəsinin, ölkənin parçalanmasının və separatizmin qarşısı alındı. Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu.
Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu. Qurtuluş missiyalı
bu qayıdış Azərbaycan xalqının itirilmiş inammı özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.
Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük
oğlunu ölkənin prezidenti seçdi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan Heydər Əliyev
böyük çətinlikləri dəf etməli oldu. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan
qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimaisiyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının
həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata
keçirilməsi istiqamətində böyük addımlar atıldı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi.3 Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik,
hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş sanballı addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir. O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün
Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ona görə də 15 iyun 1993-cü il müasir tariximizdə mühüm mərhələnin başlanğıcı kimi xarakterizə edilir.













































Müasir Azərbaycan






Baku 2020



Hiç yorum yok:

Yorum Gönder