Texnalogiya Xəbərləri













Whatsappdan Yenilik


Məşhur mesajlaşma vasitəsi olan WhatsApp-dan planşeti olanlar da istifadə edə biləcəklər.  Əslində, böyük ekran üçün nəzərdə tutulmuş WhatsApp versiyası istifadəçilərin, çox uzun müddətdir gözlədiyi bir çox yeni xüsusiyyətlərdən yalnız biri idi. Ancaq, göründüyü kimi, WhatsApp planşet versiyasını istifadəçilərinə təqdim edəcək. Bundan əlavə, smartfonlar üçün klassik versiyaya bir sıra yeniliklər ediləcək.
400 milyon istifadəçiyə sahib olan WhatsApp –a tətbiq edilən yeni xüsusiyyətlər aşağıdakı kimi olacaq:
1. SnapÇhat kimi təmizləmə xüsusiyyəti: İstifadəçi, lazım gələndə, görüntünü yox edə bilər;
2. Gecə rejimi: İstifadəçilərin gözlərinə ziyan olmasın deyə, mövcud dizayna görə qaranlıq versiyanı aktivləşdirməyə imkan verən yeni xüsusiyyət;
3. İOS 8-ə sürətli cavabın tətbiq edilməsi:
4. Bütün bu xüsusiyyətlər daxil olmaqla, WhatsApp-a, uzun zamandır gözlənilən, VOIP Call xüsusiyyəti də əlavə olunacaq. İstifadəçilər Şəbəkə və ya Wi-fi vasitəsi ilə telefon zəngləri edə biləcəklər.
Mənbə : http://bizimyol.info/

Hiç yorum yok:

Yorum Gönder