Təhsil Xəbərləri




15 Sentyabr Bilik Günü




Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər!
Sizin yeni təhsil ilinizi təbrik edirəm!
Bu gün hamımızın həyatında xatırlaya biləcəyimiz, arzu, həyəcan və xəyalları ilə gələcəyə baxdığımız “Bilik günü”dür. Məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. 

Adı “Bilik günü” kimi qeyd olunan bu gün təhsilin yeni məzmun keyfiyyətinə görə biliklə yanaşı, bacarıq və qabiliyyətin formalaşmasına, bütövlükdə insan şəxsiyyətinin yetkinləşməsinə, vətəndaş şüurunun müəyyənləşməsinə zəmin olan prosesin başlanğıcıdır. 

Məktəbimiz nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir. 

Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən - bütövlükdə hamımızdan birbaşa asılıdır. İnanıram ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram.






Təhsil Nazirliyi 
“İctimai təşəbbüslərin dəstəklənməsi üzrə 
layihə müsabiqəsi”





Kompüter Operatoru qrupu təcrübə dövrünü uğurla başa vurdu

İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradovun adindan və Kompüter qrupunun rəhbəri olaraq öz adımdan 1 saylı məktəbin direktoru Rəsulov Shafagat müəllimə, 2 saylı məktəbin direktoru Dadaşov Ramil müəllimə,3 saylı məktəbin direktoru Ələkbərob Əhmədağa müəllimə , 5 saylı məktəbin direktoru Məmmədov Elçin müəllimə İsmayıllı Peşə Tədris Mərkəzinin Kompüter Operatoru qrupunun tələbələrinin məkətəblərində təcrübə keçmələri üçün yaratdıqları şəraitə görə minətdarlığımı bildirirəm. Sizin tələbələrə yaratdığınız şərait sizlərin gənclərə olan hörmətinizin göstəricisidir. Həmçinində sizlər bu yaratdığınız şəraitlə tələbələrin bilik və bacarıqlarının dahada möhkəmlənməsini təmin etmış olduz. Sizlər bu yaratdığınız şəraitlə gənclərə kollektivlə işləmə bacarığını, həvəsini və gələcəkdə quracaqları işlərinə məsuliyyətlə yanaşmağı aşlamısız.Bu yaratdığınız şəraitə görə Peşə Tədris Mərkəzi ilə həyata keçirdiyiniz iş birliyinə görə təşəkkür edirəm, sizlərə işlərinizdə uğurlar arzu edirəm.






Araz Kurslarının fəliyyəti dayandırıldı

orjinalhttp://bizimyol.info/?xeber=25264








Hiç yorum yok:

Yorum Gönder